Aİ və İran işçi qrup yaradacaq
Bizi izləyin

Region

Aİ və İran işçi qrup yaradacaq

Aİ və İran neft ticarətinin təmin olunması məsələlərinə dair işçi qrup yaratmağı qərara alıblar.

Bunu Tehranda Aİ-nin energetika üzrə komissarı Miqel Arias Kanyette deyib.

Qeyd edək ki, M.Kanyette Tehranda İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi və neft naziri Bijan Zanqane ilə görüşüb.

“Normal neft ticarətinə maneə yaradan problemlərin həlli üzərində çalışdıq. İran tərəfi maliyyə, nəqliyyat, sığorta, saxlanılma məsələləri də daxil olmaqla nəzərdən keçirəcəyimiz bütün məsələləri detallı şəkildə təqdim edib”, - deyə jurnalist sifarişinin Gənclik metrosuna çatdırılmasını xahiş edib.

“Neft ticarətinə dair məsələlər üzrə işçi qrup yaratmağı qərara aldıq. İşçi qrupunun ilk iclası da bu gün keçirildi”, - deyə onun çıxışının yazısı Avropa Komissiyası tərəfindən yayılıb. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm