Ərdoğandan ABŞ-ı lərzəyə salan SÖZLƏR: "Sizin dollarınız varsa..."
Bizi izləyin

Region

Ərdoğandan ABŞ-ı lərzəyə salan SÖZLƏR: "Sizin dollarınız varsa..."

“Onların dolları varsa, bizim də Allahımız var”.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Donald Trampın alüminium və poladın göpmrük rüsumunu artırmasından sonra türk lirəsinin dollar qarşısında dəyər itirməsi haqda danışarkən bildirib.

Ərdoğan xalqa səslənərək, dollarlarını, avrolarını, qızıllarını milli valyutaya çevirməyə çağırıb.

“Gəlin, ən böyük müstəqillik savaşını bu sahədə verək. Çünki bunlar bizi təhdid edirlər. Təhdid ilə bu millətin qarşısını heç vaxt ala bilməyəcəksiniz. Biz haqdan, hüquqdan anlayırıq, təhdiddən deyil. Biz nələr görmədik, Beynəlxalq Valyuta Fonduna olan borcumuzu 2013-cü ildə ödədik. Düşdüyümüz yerdən dünən də qalxdıq, bu gün də qalxarıq. Biz yalnız Allahın hüzurunda səcdəyə əyilərik. Bir rahibə görə Türkiyəyə hücum etmək yanlışdır. ABŞ-a deyirəm: siz NATO-dakı ortağınızı bir rahibə dəyişirsiniz”, - deyə o bildirib.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm