"Polad Alemdar" vəkili güllələdi - Həbsxanaya göndərildi
Bizi izləyin

Region

"Polad Alemdar" vəkili güllələdi - Həbsxanaya göndərildi

"Kurtlar Vadisi" serialının baş qəhrəmanı Polad Əldəmdarı özünə kumir seçən şəxs cinayət əməli törədib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adana bölgəsində yaşayan və 9 il əvvəl vəkil Tolga Köklünü tapança ilə dizindən yaralayan 31 yaşlı Həsən Gəzən saxlanılıb. Saxlanılan şəxsin sosial media hesablarından "Kurtlar Vadisi" serialının afişasının fotoşop üsulu ilə dəyişdirilmiş və Polad Ələmdarın yerinə öz şəkilini qoyduğu variantı tapılıb.

Bildirilir ki, cinayət hadisəsi 2009-cu ildə baş verib. Uzun müddət axtarışdan sonra cinayətkar nəhayət ki, tapılıb. Yaralanan vəkil isə 4 dəfə ciddi əməliyyat keçirib. 3 ay ağır müalicə aldıqdan sonra xəstəxanadan evə buraxılıb.

31 yaşlı cinayətkara isə qəsdən adam yaralamaq və adam öldürməyə təşəbbüs cinayətlərindən 8 il həbs cəzası verilib. Həsən Gezen məhkəmə zalından həbsxanaya göndərilib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm