İrəvanın yeni meri işə başlayır - Paşinyanın YENİ AKTYORU
Bizi izləyin

Region

İrəvanın yeni meri işə başlayır - Paşinyanın YENİ AKTYORU

İrəvanın yeni meri Ayk Marutyanın xidmətinin açılışı oktyabrın 13-də baş tutacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə paytaxtın Şəhər Şurasının iclasında Bələdiyyə katibi Sergey Makaryan məlumat verib. Onun sözlərinə görə, İrəvanın yeni Bələdiyyə Başçısı Ayk Marutyan oktyabrın 13-ü saat 12.00-da İrəvan sakinləri qarşısında and içəcək.

Bildirilib ki, sentyabrda keçirilən seçkilərdə yekun olaraq üç siyasi qüvvə arasında mandat paylanıb. 65 mandatın 57-si isə ölkənin hazırki baş naziri Nikol Paşinyanın (81.06%) lehinə olub. Ayk Marutyan seçkilərin nəticələrinə uyğun olaraq 81.06%-səs çoxluğu ilə paytaxtın yeni meri seçilib. Onun namizədliyi Baş nazir Nikol Paşinyanın “Mənim adım” bloku və iş adamı Qagik Çarukyanın sədri olduğu Çiçəklənən Ermənistan Partiyası tərəfindən dəstəklənib.

Daha əvvəl bu posta hakim "Respublika" Partiyasının namizədi olmuş Taron Marqaryan rəhbərlik edib. Müxalifət tərəfdarlrı onu vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirməməkdə ittiham ediblər. Taron Marqaryan isə 9 iyul tarixində öz vəzifə səlahiyyətlərindən imtina edərək istefa verib. Bununla yanaşı, sabiq merin korrupsiyaya qarışdığı iddia edilərək cinayət işi açılıb.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm