Region
Moskvada erməni memara heykəl qoyulması etirazla qarşılandı
Moskvada erməni memar Karo Alabyana heykəl qoyulmasına qarşı etiraz aksiyası keçirilir.
Sentyabr ayında Ermənistanın Rusiyadakı səfirliyinin Alabyana
abidə qoyulması təklifi Moskva mədəni irs departamenti tərəfindən
bəyənilmişdi. Yekun qərarı isə Moskva şəhər Duması oktyabrın
sonlarında verməlidir. Bir qrup memar Alabyanın heykəlinin
qoyulmasına qarşı çıxaraq petisiya imzalayıb. Onlara yüzlərlə şəhər
sakini də qoşulub.
Karo Alabyan SSRİ Memarlıq Akademiyasının birinci vitse-prezidenti,
Moskvanın baş memarı və “SSRİ memarlığı” jurnalının məsul katibi,
Anastas Mikoyanın yaxın dostu olub.
Avanqard Mərkəzinin rəhbəri, memarlıq tarixi üzrə mütəxəssis
Aleksandra Selivanova Alabyanın sovet memarlığında roluna yenidən
baxılması üçün artıq uzun illərdir mübarizə aparır və hətta onun
elmi işlərindən biri bu mövzuya həsr olunub. A.Selivanova özünün
“Facebook” səhifəsində yazır ki, “donos”la məşğul olan və ötən
əsrin əvvəllərində repressiyalarda iştirak etmiş bir kəsə heykəl
qoyulması tamamilə yolverilməzdir. Selivanovanın sözlərinə görə,
Alabyan SSRİ Memarlar İttifaqında yaradıcı mühiti dağıtmış, işini
yerlibazlıq və “donos”lar əsasında qurmuş, müsabiqələrin
nəticələrini saxtalaşdırmış bir adamdır.
Selivanova SSRİ Memarlar İttifaqı partiya komitəsi iclaslarının
stenoqramlarından bəzi nümunələr gətirir. Sitatlardan görünür ki,
Alabyan gənc memarlara qarşı çıxır, onları ifşa edəcəyini,
“maskalarını çıxaracağını” vəd edir, “formalizm” cərəyanının
ardıcılları olan həmkarlarını cəzalandırmaqla hədələyir.
Moskvada Alabyanın heykəlinin qoyulmasına qarşı yaradılmış
petisiyada qeyd olunur ki, Alabyan A.Burov, İ.Leonidov və bir çox
digər memarların peşələrindən uzaqlaşdırılması, Konstantin Melnikov
kimi məşhur memarın emalatxanasının əlindən alınaraq işindən
kənarlaşdırılmasında yaxından iştirak edib. Alabyanın bir sıra
həmkarları repressiyalara məruz qalıb və onun bu hadisələrdə rolu
hələ sona kimi araşdırılmayıb.
Petisiyada deyilir ki, memarlar birliyində bürokratik
özbaşınalığın, “donosculuğun” və repressiyaların rəmzinə çevrilmiş
bir adama Moskvada heykəl qoyulması Alabyanın qurbanlarının ruhu
qarşısında ədalətsizlikdir. (AzərTAc)
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi