Zərif Ərdoğana Bəşər Əsədlə bağlı dosye verəcək
Bizi izləyin

Region

Zərif Ərdoğana Bəşər Əsədlə bağlı dosye verəcək

“Rəcəb Tayyib Ərdoğana Bəşər Əsədlə bağlı dosye təqdim edəcəm”.

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Ankarada rəsmi səfərdə olan nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə ortaq mətbuat konfransı keçirib.

Zərif Suriya məsələsinə xüsusi diqqət çəkib: “Son 3 ildə aparılan Astana danışıqları çərçivəsində əldə olunan razılıqlar əsasında Suriyada böyük miqyasda sabitliyə nail ola bilmişik. Son 2 gündə Suriyada səfərdə olmuşam. Orada bəzi rəsmilərlə görüşdüm. Bununla əlaqədar prezident Rəcəb Tayyib Ərdoğana məruzə təqdim edəcəm. Ümid edirəm ki, iki ölkə birlikdə bu bölgədə daha gözəl əlaqələr qura biləcək. Suriyada Bəşər Əsədlə uzun-uzadı danışdıq. Bu danışıqla bağlı da cənab Ərdoğanı məlumatlandıracam”.

Qeyd edək ki, Zərif Ərdoğanla bu gün görüşəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm