566 ildir İstanbulu itirməyi qəbul edə bilmirlər - Ərdoğan
Bizi izləyin

Region

566 ildir İstanbulu itirməyi qəbul edə bilmirlər - Ərdoğan

Bu gün İstanbulun fəthindən tam 566 il keçir. 1453-cü ilə qədər qırılmayan İstanbul kilidini qırmaq 21 yaşlı gənc sultan II Məhmədə nəsib oldu. İstanbulla bağlı hesablaşma 566 ildir bitmədi, azalmadı.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

"İstanbulu itirməyin acısını içlərindən ata bilməyənlər var. Bu gün coğrafiyamızı qan və göz yaşına boğan İŞİD-in də hədəfi yenə bu şəhərdir. Yeni Zelandiyada da terrorçunun "Aya Sofyanı minarələrdən xilas edəcəyik" deməsi də təsadüf deyil. Bu, 566 ildir sönməyən nifrət atəşinin yansımasıdır. "Gəzi olayları" zamanı da bu şəhərin divarlarını "Zülm 1453-cü ildə başladı" deyə kirlətmələri eyni zehniyyətin məhsuludur", - Ərdoğan qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm