525 terrorçu məhv edildi, Ərdoğan əməliyyatın tamamlanacağı tarixi açıqladı - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Region

525 terrorçu məhv edildi, Ərdoğan əməliyyatın tamamlanacağı tarixi açıqladı - FOTO/VİDEO - (YENİLƏNDİ)

"Sülh çeşməsi" əməliyyatı çərçivəsində zərərsizləşdirilən YPG/PKK terrorçularının sayı 525-ə çatıb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyindən bildirilib.

***

18:33

Tel Abyad mahal mərkəzi tamamilə YPG/PKK terrorçularından təmizlənib.

Publika.az xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, uğurla həyata keçirilən əməliyyatlar nəticəsində Türkiyə ordusu və Suriya Milli Ordusu sərhədin 30-35 kilometr dərinliyinə qədər irəliləyərək strateji M-4 mağıstral yoluna nəzarəti təmin edib.

Ümumilikdə, Tel Abyad ve Rasulayn mahallarına bağlı 42 kənd YPG/PKK terrorçularından təmizlənib.

Prezident Rəcəb Tayyib Ərdoğan Tel Abyad və Rasulayndan sonra Ayn El-Arab ve Hasekenin təmizlənəcəyini bildirib.

"Təxminən 30-35 kilometr bir dərinliyə enəcəyik. Bunları tamamladıqdan sonra hərəkat hədəfinə çatmış olacaq", - o deyib.

Prezident hərəkat çərçivəsində indiyə kimi 490 terrorçunun zərərsizləşdirildiyini söyləyib.

***

08:55

Suriya Milli Ordusunun tərkib hissələrindən olan “Həmzə alayı” xüsusi təyinatlı qüvvələri “Sülh çeşməsi” (Barış pınarı) əməliyyatı üçün Fəratın şərqinə döyüşçülər göndərməkdə davam edir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gecə Rasulayna daha 500 əsgər göndərilib.

“Fərat Qalxanı” hərəkatından sonra qurulan, “Zeytun budaqı” əməliyyatına da qatılan və tamamilə kürdlərdən ibarət olan “Kürd Şahinləri” YPG/PKK terror təşkilatı ilə döyüşmək üçün ağır silahların olduğu maşınlarla Fəratın şərqinə girib.

“Kürd Şahinləri” olaraq Fəratın şərqinə gedirik. PKK-nın kürd qardaşlarımıza yaşatdığı zülmə son qoyacağıq. Oradakı qardaşlarımızın qoruyucusu PKK deyil, bizik”, - qrupun komandirlərindən biri deyib.

Türkiyənin Müdafiə Nazirliyi “Sülh çeşməsi” çərçivəsində ötən gecə əməliyyatların quru və havadan uğurla davam etdirildiyini açıqlayıb. Məlumata görə, öldürülən terrorçuların sayı 480-ə çatıb.

Terrorçular irəliləyən türk ordusunun qarşısında çarəsiz vəziyyətə düşüblər. Bunu YPG komandirlərindən birinin ağlamasından da aydın görmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm