Putinlə Ərdoğan bu tarixdə görüşəcək
Bizi izləyin

Region

Putinlə Ərdoğan bu tarixdə görüşəcək

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər tarixi açıqlanıb.

Publika.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Putinin 8 yanvar 2020-ci ildə İstanbula rəsmi səfər edəcəyini deyib.

Putini İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayacaq.

“Həqiqətən də iki liderin görüşməsi üçün bu tarix istiqamətində hazırlıqlar aparılır. Səfərin əsas mövzusu “Türk axını” layihəsidir. Xüsusilə həmin tarixə qədər bu böyük beynəlxalq layihənin Türkiyədə qurudan keçən qismi tamamlanacaq. Bundan başqa, liderlər bu fürsətdən istifadə edərək gündəm məsələlərini də müzakirə edə bilər. Xüsusilə Rusiya-Türkiyə münasibətlərini”, - Peskov bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm