Türkiyədə daha 21 nəfər virusun qurbanı oldu
Bizi izləyin

Region

Türkiyədə daha 21 nəfər virusun qurbanı oldu

Türkiyədə son sutka ərzində 1 256 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 21 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 5 955, yoluxanlar isə 248 min 117 nəfərə çatıb.

Türkiyədə indiyədək 229 min 972 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm