Region
Amerikalı professor ermənilərin bütün ittihamlarını çürütdü: “Buna görə qaçdılar”
Ermənilər soyqırımı iddialarını türklərin qolunu bükmək üçün istifadə edir.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın Luizvill Universitetinin müəllimi, professor Castin Makkarti Türkiyə-Amerika Təhlükəsizlik Vəqfinə (TASFO) müsahibəsində deyib.
1995-ci ildə yayımlanan “Ölüm və Sürgün: Osmanlı müsəlmanlarının etnik təmizliyi, 1821-1922” adlı kitabın müəllifi bildirib ki, 1915-ci il hadisələri ilə bağlı Osmanlının erməniləri yox etməyə çalışdığına dair heç bir tarixi fakt yoxdur.
Onun sözlərinə görə, həmin dövrdə Şərqi Anadolu, Kilikiya və Zaqafqaziyada inanılmaz sayda türk və kürd əhali qırılıb.
“O dövrdə öldürülən türklərin sayı 3 milyonu keçmişdi. Ölən erməni sayı isə 600 minə yaxın idi. Bir tərəfdə erməni və rusların olduğu, digər tərəfdən Osmanlı ordusu və yerli əhalinin olduğu döyüş bölgələrində hər iki tərəfdən 40 faizə qədər insanın öldüyü ortaya çıxır. Buradakı problem sadəcə ölən ermənilərin sayılmasıdır. Belə olduğu təqdirdə, bu, soyqırımı kimi görünür. Amma hər iki tərəfin itkilərini sayanda qorxunc döyüş ortaya çıxır”, - professor deyib.
Onun sözlərinə görə, ermənilər qorxduqları üçün Zaqafqaziyaya köç ediblər: “Çünki ermənilər kürdlər başda olmaqla, yerli əhalinin böyük hissəsini öldürmüşdü. Qalanlarını da məcburi köçkün etmişdi. Gördülər ki, ruslar geri çəkiləndə arxada qalsalar, başları ağrıyacaq. Kürdlər intiqam alacaqdı. Buna görə də qaçdılar”.
Professor qeyd edib ki, Osmanlı telefon kabellərini kəsən, onların konvoyuna hücum edən ermənilərlə savaşmaq üçün 1 milyondan çox əsgərdən istifadə etmək məcburiyyətində qalıb. Erməni təşkilatları isə həmin dövrdə baş verənləri türklərin qolunu bükmək üçün istifadə etməyə çalışır.
Zümrüd
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
































