Bölgədə bir ilk yaşandı - Balıqlar tərsinə gedir
Bizi izləyin

Region

Bölgədə bir ilk yaşandı - Balıqlar tərsinə gedir

Qlobal iqlim dəyişikliyi Qara dənizdə balıqların ölçüsü ilə yanaşı, yaşayış tərzlərinə də mənfi təsir göstərib.

Publika.az xəbər verir ki, Qara dənizdə bütün balıqlar şərqə doğru getmək əvəzinə qərb istiqamətində köç etməyə başlayıb.

Belə ki, havanın temperaturunun mövsümi normaların üzərində olması ilə dəniz suyunun istiliyi enməyib və bu da balıqların əks istiqamətdə köç etməsinə səbəb olub. Suyun istiliyinin Bolqarıstan tərəfdə 9-10, Gürcüstanda 12, Samsunda isə 13-14 dərəcə ətrafında olması balıq sürülərinin daha soyuq olan qərbə hərəkətini təmin edib.

Samsun Bölgə Balıqçılıq Kooperativləri Birliyinin sədri Atıf Malkoç ilk dəfə belə bir durumun yaşandığını bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm