Rusiyada metrostansiya yaxınlığında dəhşətli partlayış - VİDEO
Bizi izləyin

Region

Rusiyada metrostansiya yaxınlığında dəhşətli partlayış - VİDEO

Rusiyanın Nijni Novqorod şəhərindəki metrostansiyalardan birinin yaxınlığında partlayış baş verib.

Publika.az-ın məlumatına görə, bu barədə “Rise” teleqram kanalı yazıb.

Bildirilib ki, hadisə yerində xilasedicilər işləyir, həlak olanlar barədə məlumat yoxdur. Partlayışın qaz sızması səbəbindən olduğu qeyd edilir.

Partlayış hadisə yerinə yaxın saxlanılan avtomobillərə ziyan vurub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış “Meşçerski” bulvarında yerləşən 9 mərtəbəli binada meydana gəlib. İlkin məlumata görə, binanın zirzəmisində qaz sızması olub.

Hadisə şahidlərindən biri RİA “Novosti”yə açıqlamasında “Samuray” suşi restoranının partladığını deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm