Region
Türkiyəyə səyahət üçün YENİ QAYDALAR
Koronavirusla mübarizə tədbirləri çərçivəsində, 1 iyun tarixindən etibarən hava yolu ilə Türkiyəyə giriş üçün yeni qaydalar müəyyən edilib.
Bu barədə Türk Hava Yolları (THY) məlumat yayıb.
Yeni qaydalara görə, qeyd olunan ölkələrdən gələn və ya son 14 gün ərzində bu ölkələrdə olmuş şəxslər Türkiyəyə daxil olarkən son 72 saat ərzində alınmış mənfi koronavirus test nəticələrini təqdim etməlidirlər: Braziliya, CAR, Əfqanıstan, Banqladeş, Hindistan, Nepal, Pakistan, Şri Lanka.
Bununla yanaşı sözügedən ölkələrdən gələn şəxslər yerli rəhbərliklər tərəfindən təyin ediləcək yerlərdə 14 günlük karantinə alınacaq.
Bu ölkələr istisna, Türkiyəyə daxil olan bütün əcnəbilərdən hava limanında PCR testindən keçmələri tələb olunacaq. Bu çərçivədə test nümunələri götürüldükdən sonra gələn sərnişinlərin son təyinat yerinə getməsinə icazə veriləcək və test nəticələri müsbət olarsa, Səhiyyə Nazirliyinin “COVID-19” təlimatına uyğun olaraq müalicə alacaqlar.
Həmçinin bu 8 dövlət xaricində Türkiyəyə gələn turistlər, ölkəyə girişdən ən az 14 gün əvvəl peyvənd olunduqlarına və ya son 6 ayda koronavirus xəstəliyini keçirdiklərinə dair müvafiq ölkənin rəsmi qurumları tərəfindən verilmiş sənəd təqdim etdikləri halda həmin şəxslərdən PCR test nəticəsi tələb olunmayacaq. (bakupost)
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?