Region
Putindən KRİTİK AÇIQLAMA: "...indiyədək görülməmiş ölçüdədir"
"Yanğınların vurduğu ziyanın qiymətləndirilməsi tez bir zamanda aparılmalıdır. Yaşayış yerlərinin və sosial əhəmiyyətli obyektlərin bərpası üçün əlaqədar planların tez bir zamanda təsdiqlənməsinə ehtiyac var".
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin ölkənin şərqi Sibir bölgəsində yüz minlərlə hektar ərazini əhatə edən meşə yanğınları ilə əlaqədar keçirdiyi konfransda deyib.
O bildirib ki, Rusiyanın bəzi bölgələrində baş verən təbii fəlakətlər indiyədək görülməmiş bir ölçüdədir:
"Cənubda bir ay ərzində yağması gözlənilən ümumi yağış bir neçə saatda yağa bilir. Şərqdə quraqlıq, güclü və qəfil küləklər artıb. Gələcək üçün iqlim problemləri ilə sistemli şəkildə məşğul olmaq lazımdır", - Rusiya lideri əlavə edib.
Qeyd edək ki, iyulda Rusiyanın Sibir bölgəsində başlayan yanğınlarda indiyə qədər təxminən 3 milyon hektar meşə sahəsi külə çevrilib və bölgədə fövqəladə vəziyyət elan edilib.
Akqabay
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qey edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır






















.png)










