QANLI OLAY: 3 polisi...
Bizi izləyin

Region

QANLI OLAY: 3 polisi...

Türkiyənin Hatay bölgəsində polisin "dayan!" əmrinə tabe olmayan sürücü və avtomobildəki digər şəxslər qanun keşikçilərinə atəş açıb.

Publika.az "DHA"ya istinadla xəbər verir ki, hadisə nəticəsində 3-ü polis olmaqla, 4 nəfər yaralanıb.

Avtomobildəki şəxslərin ov tüfəngi ilə polislərə atəş açdığı vurğulanır. Hadisə yerindən qaçan şəxslər yarı yolda avtomobili yol kənarında buraxaraq "yoxa çıxıblar".

Olayla bağlı cinayət işi açılıb, polisləri yaralayan şəxslərin axtarışlarının davam etdiyi bildirilir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm