Türkiyənin atacağı addım bəlli olur: Ankaranın bu istəyi rədd edilsə...
Bizi izləyin

Region

Türkiyənin atacağı addım bəlli olur: Ankaranın bu istəyi rədd edilsə...

Türkiyə tədricən bəzi döyüş təyyarələrinin Hərbi Hava Qüvvələrinin inventardan çıxarılmasından sonra qarşıdakı 8 ildə hərbi hava gücünü zəiflətməmək üçün ABŞ-dan ona 40 ədəd “F-16” satmasını və 80 ədəd “F-16” qırıcısının modernləşdirilməsini istəyib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin “Milliyət” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, ABŞ Türkiyənin bu istəyinə müsbət cavab verməsə, Ankara İngiltərə, Fransa və ya Rusiya kimi ölkələrdən yeni nəsil qırıcı təyyarələrin alınmasını gündəmə gətirəcək:

“ABŞ, İngiltərə və İsrail 5-ci nəsil “F-35” qırıcı təyyarələrindən istifadə etməyə başlayıb. Rusiya 5-ci nəsil “Su-57” layihəsində əhəmiyyətli mərhələyə çatıb. Rusiya, Çin və Misir 4-cü nəsil “Su-35”-ləri inventarında saxlayır. Yunanıstan Fransadan 4-cü nəsil “Rafale” alıb.

Türkiyəyə məxsus “F-16” döyüş təyyarələrinin sayı 245-dir. Türkiyənin təxminən 50 ədəd “F-4 2020” döyüş təyyarəsi var. “F-16”-lar 1987-ci ildə xidmətə cəlb olunub. 1974-cü ildə istifadəyə verilən “F-4” təyyarələri isə modernizasiya edilib”.

Hərbi akademik Murad Aslan ABŞ-ın Türkiyənin bu istəyinə qarşı mümkün cavablarına diqqət çəkib:

“ABŞ buna da “yox” desə, bu, gizli embarqo iddialarının doğruluğunu sübut edəcək. “S-400” məsələsinin bəhanə olaraq irəli sürüldüyü məlum olacaq. Bu halda Türkiyə yeni döyüş təyyarələrinin satın alınması üçün Rusiya ilə yanaşı, digər alternativ mənbələrə müraciət edə bilər.

İndi dönüş nöqtəsinə daxil oluruq. Türkiyənin istəyi rədd edilsə, gələcəkdə müdafiə sənayesi sahəsində verəcəyimiz qərarlara görə tənqid və ittiham etməyə sözləri qalmayacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm