Region
Kreml SSRİ-nin yaranmasının yüz illiyini qeyd edəcək? - Peskov açıqladı

Kremldə SSRİ-nin yaranmasının yüz illiyi qeyd edilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Qeyd etməyəcəyik", - deyə D.Peskov Kremldə SSRİ-nin yaranmasının 100 illiyinin qeyd edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən qeyd edib.
Bununla yanaşı Peskov qeyd edib ki, sovet dövrü Rusiya tarixinin mühüm, ayrılmaz hissəsidir.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılması ilə dünyada tarazlığın pozulduğunu bəyan etmişdi.
SSRİ 30 dekabr 1922-ci ildə RSFSR, Ukrayna SSR, Belorusiya SSR və Zaqafqaziya SFSR-in hər bir ittifaq dövlətinin sərbəst çıxmaq hüququ de-yure saxlanılmaqla vahid dövlətdə - SSR İttifaqında birləşməsi ilə yaradılıb.
Səxavət

-
Avropa02:12
İranın PUA-ları ilə Kiyevə HÜCUM EDİLDİ
-
İdman00:45
Azərbaycan millisi İsveçə də böyük hesabla məğlub oldu - YENİLƏNDİ
-
Qoroskop00:30
Günün ULDUZ FALI: sizə ciddi zərbə vura bilərlər
-
Magazin100:15
Təranə Qumral fotosu ilə gündəm oldu - FOTO
-
ABŞ27 Mart 23:31
ABŞ-da məktəbə SİLAHLI HÜCUM: yeniyetmə qız tüfənglə 6 nəfəri öldürdü
-
Magazin127 Mart 21:36
Emin Ağalarov xanımı və qızı ilə bir arada - FOTO
-
Sosial27 Mart 20:41
Azərbaycanda iş adamının ölkədən çıxışına QADAĞA QOYULDU
-
Magazin127 Mart 20:05
Tanınmış azərbaycanlı müğənni vəfat etdi - VİDEO