Region
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
Ermənistan Respublikasının Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Qarabağda “məmur” işləmiş separatçı Sarkis Qalstyanı casusluqda ittiham edərək 18 il müddətinə azadlıqdan məhrum edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası prokurorluğa istinadən məlumat yayıb.
İş materiallarına görə, Qalstyan 2020-ci ildə xarici dövlətin kəşfiyyat orqanlarına işə götürülüb. O, guya 2020-ci ildən 2023-cü ilə qədər Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyəti, ictimai əhval-ruhiyyə, əhalinin hərbi əməliyyatlara münasibəti, o cümlədən Ermənistan Respublikası tərəfindən mümkün hərbi yardımın göstərilməsi barədə Azərbaycana məlumatlar ötürüb.
Prokurorluq Qalstyan üçün ömürlük həbsdə israr edib və hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.
Qarabağ azad edildikdən sonra Qalstyan altı aya yaxın Stepanakertdə qaldı. 2023-cü ilin mart ayının sonunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi ilə Ermənistana gedib və tezliklə orada saxlanılıb.
Tural
-
Sosial08:15Yas mərasimlərində yeni TREND - "Bu, dinin qaydalarından kənara çıxmaqdır"
-
İdman07:15Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti və maaşı...
-
Magazin205:15Hande Erçelin yeni sevgilisi - Özündən 13 yaş böyükdür
-
ABŞ03:44Dünyanın ən nüfuzlu insanlarının əsl üzünü göstərən 95 min yeni şəkil... - Epşteyn işi
-
Qoroskop02:00Günün ulduz falı: Bu bürcün maliyyə vəziyyəti yaxşılaşacaq
-
MDB00:15Bomba TƏHÜKƏSİ: "VTB Arena"dan 1500 nəfər təxliyə edildi
-
Ekopublika.az12 Dekabr 21:13Dolların məzənnəsi ilə bağlı vəziyyət dəyişdi - Yeni qərar nələrə səbəb olacaq?
-
Region12 Dekabr 21:00Rusiya Türkiyə gəmisinə hücum etdi













.jpg)
.jpg)


.jpg)


















