Region
Ərdoğana qarşı 100 il öncəki plan işə salındı: Seçkinin pərdəarxası - FOTO/VİDEO
Türkiyədə seçkilər yaxınlaşdıqca siyasi gərginlik pik həddə çatır. Bu həftənin bazar günü keçiriləcək və Türkiyənin taleyini həll edəcək seçkilər həm də tarixi proseslər fonunda diqqət çəkir.
Publika.az xəbər verir ki, Türkiyənin “Haber7” saytı “Tarix təkərrür edir?” başlığı ilə 100 il öncə baş verənləri bu gün baş verənlərlə müqayisə edib.
Ərdoğana qarşı qurulan oyunların Osmanlı sultanı II Əbdülhəmidə qarşı qurulan oyunlarla eyni olduğu qeyd olunan məqalədə bu, konkret nümunələrlə göstərilir.
Dünən Əbdülhəmid, bu gün Ərdoğan
Salonikidə qurulan və masonların çoxluq təşkil etdiyi, eləcə də erməni, yunan, yəhudi, bolqar kimi bir çox etnik və dini qrupların birləşdiyi “İttihad və Tərəqqi” cəmiyyətinin üzvləri yeganə olaraq bir məsələdə anlaşmışdı: sultan II Əbdülhəmidi devirib, taxtı ələ keçirmək.
Cəmiyyətin liderlərindən Mustafa Rəhmi Arslan II Məşhuriyyətin elan edilməsindən sonra Fransanın “Le Temps” qəzetinə açıqlamalarında jurnalistin “siyasi proqramınız nədir” sualına belə cavab vermişdi: “Hələlik belə bir proqramımız yoxdur. Bu günə qədər devirmək üçün çalışdıq. İndi “Kanuni Əsası” (mövcud sistemi) mühafizə etməyə çalışırıq, bundan sonra məmləkətin inkişafı və yüksəlməsi üçün çalışacağıq”. Lakin hakimiyyəti çevrilişlə ələ keçirən “İttihad və Tərəqqi” cəmiyyəti Osmanlını 10 il belə idarə edə bilmədi və imperiya parçalandı. Müharibədən sonra isə əksəriyyəti ölkədən qaçdı.
Bu gün “Yeddili koalisiyanın” (Türkiyədə “altılı masa” və HDP ittifaqı belə adlandırılır-red) yeganə anlaşdığı bir məsələ bir əsr öncə olduğu kimi bu millətin liderini devirməkdir. Müxalifət Qərb ölkələrinin qəbul etmək istəmədiyi Prezident Rəcəb Tayyip Ərdoğanı iqtidardan devirmək istəyir. “Tualet tərliyi” belə seçəcək səviyyəyə düşüblər, “Ərdoğan getsin, nə olursa olsun” prinspindən yanaşırlar.
Qeyd edək ki, “Altılı masan”ın tərəfdarları Türkiyənin sosial platforma seqmentində “Ərdoğanın qarşısında “tualet tərliyi” belə olsa, onu dəstəkləyəcəyik” fikirləri səsləndirir.
O gün “Qızıl sultan”, bu gün “Diktator”
II Əbdülhəmidin sayəsində Osmanlı İmperiyasının dağılma prosesi 33 il uzandı. Əbdülhəmidin yürütdüyü siyasət imperiyanı dağıtmaq istəyənlərin oyunlarını pozurdu. Ona qarşı həmin dövrdə “qızıl sultan” kampaniyası aparır, qəddar olduğu iddia edilirdi. Halbuki, Əbdülhəmid ona sui-qəsd edən belçikalı Edvard Jorrisi belə bağışlamışdı. Buna baxmayaraq, onun haqqında “zalım”, “istibdad” təbliğatı aparılırdı.
Bu gün eynilə Ərdoğana qarşı “diktator” təbliğatı aparır, hərçənd, bu təbliğatı aparacaq qədər də azaddırlar.
Eyni şüar: “Rədd olsun İstibdad”
İYİ partiyanın sədri Meral Akşənər hər çıxışında ittihadçılara istinadən “Rədd olsun istibdad, yaşasın hürriyyət” deyir. II Əbdülhəmidə qarşı də eyni şüar səsləndirilirdi, 100 il sonra eyni fikir gündəmdədir.
O gün İngiltərə və Fransa, bu gün ABŞ
Əbdülhəmidin devrilməsindən sonra Mustafa Rəhmi Arslan Fransa qəzetinə açıqlamasında bildirirdi: “İngiltərənin, Fransanın və İtaliyanın dəstəyinə ehtiyacımız var”.
Bu gün müxalifət ABŞ və Avropa ölkələri tərəfindən dəstəklənir. 2020-ci ilin avqustunda ABŞ prezidenti Co Bayden bunu açıq şəkildə ifadə etmişdi: “Məncə ona (Ərdoğana) çox fərqli şəkildə yanaşmalıyıq. Müxalifət liderlərini dəstəklədiyimizi açıq şəkildə göstərməliyik. Bir “yol xəritəmiz”in olduğunu nümayiş etdirməliyik. Cavab verməlidir (Ərdoğan). Müxalifətlə birbaşa təmasa keçib Ərdoğanı devirəcək qədər gücləndirməliyik. Hərbi çevrilişlə yox, seçki prosesi ilə...”.
Eyni ssenaridir.
O gün Şərif Hüseyn, bu gün Öcalan
Sultan Əbdülhəmidi taxtdan endirən ittihadçılar Şərif Hüseyni azad etdi. Əbdülhəmidin İstanbulda 18 il həbsdə saxladığı Şərif Hüseyn azad olunandan sonra Osmanlıya üsyan edərək Mesopotomiya və Ərəbistan torpaqlarını ələ keçirdi.
“Altılı masa”nın ortağı olan HDP açıq şəkildə bildirir ki, PKK terror təşkilatının lideri Abdullah Öcalanı azad edəcəklər. Bu isə Türkiyənin parçalanacağının anonsudur.
O gün daşnak və hınçak, bu gün FETÖ və PKK
İttihadçılar Əbdülhəmidi devirmək üçün erməni terror təşkilatları olan “Daşnak” və “Hınçak”la, eləcə də yunan və bulqar quldurları ilə əməkdaşlıq edirdi.
Bu gün “altılı masa” terror təşkilatı PKK-nın siyasi qanadı olan HDP ilə əməkdaşlıq edir. Kılıçdaroğlunun onlara söz verdiyini deyən HDP nümayəndələri Səlahəddin Dəmirtaş başda olmaqla bütün terrorçuların azad ediləcəyini açıqlayır. Ərdoğanı devirmək üçün birləşən “altılı masa”nın namizədi Kılıçdaroğlu FETÖ-çüləri də əfv edəcəyi və yenidən vəzifəyə gətirəcəkləri vədini verir.
Dünən “təmbəl və cahil xalq”, bu gün “qoyun millət”
Bir əsr öncə ittihadçılar Əbdülhəmidə qarşı etiraz etməyən xalqa “təmbəl və cahil” deyirdilər, bu gün “altılı masa” təbliğatçıları Ərdoğanı dəstəkləyən xalqa “qoyun millət” deyirlər.
Bir əsrlik “qaçacaq” iddiası
Əbdülhəmidə qarşı “sultan qaçacaq” yalanı ortaya atılırdı. Qəzetlərdə “Sultan sərvətini Avropaya aparır, qaçacaq” yalanı tirajlanmışdı. Lakin Əbdülhəmidi devirən ittihadçılar müharibədən sonra ölkədən qaçdılar.
Bu gün də “14 may seçkilərindən sonra Ərdoğan və iqtidardakılar qaçacaq” təbliğatı aparılır.
Dünən “Hicaz dəmiryolu”, bu gün TOGG
Sultan Əbdülhəmidin “Hicaz dəmiryolu” layihəsi haqqında “böyük yalan” kampaniyası aparılırdı. Ərdoğanın ilk yerli avtomobil olan TOGG layihəsinə qarşı müxalifət də eyni kampaniyanı həyata keçirir.
10 ildə dövləti parça-parça etdilər
“İttihad və Tərəqqi” cəmiyyəti Əbdülhəmidi devirdikdən bir neçə ay sonra Osmanlı torpaqları olan Bolqarıstan, Bosniya, Girit bir güllə belə atılmadan itirildi.
Osmanlını heç bir səbəb olmadan I Dünya müharibəsinə daxil etdilər. 10 il ərzində Osmanlı imperiyası parça-parça oldu, ittihadçılar isə ölkədən qaçdılar. 100 il öncəki tarixin yenidən təkrarlanması təhlükəsi var.
Asif
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO