Region
Türkiyədən kritik qərar: "Yol xəritəsi" hazırlanır
“Ankara yol xəritəsi üzərində işə başlamaq üçün müxtəlif departamentlərin nümayəndələrinin daxil olduğu bir komitə formalaşdıracaq. Türkiyə tezliklə Suriya ilə münasibətləri normallaşdırmaq üçün yol xəritəsi hazırlamağa başlayacaq”.
Publika.az xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada mətbuat konfransında deyib.
"Digər bir məsələ Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasıdır, biz yol xəritəsi hazırlamaq qərarına gəldik. Yaxın vaxtlarda Xarici İşlər Nazirliyi digər idarələrlə birlikdə bir komitə yaradacaq, ondan sonra bu yol xəritəsinin hazırlanması üzərində işlərə başlanacaq", - Çavuşoğlu bildirib.
Qeyd edək ki, bundan əvvəl Moskvada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin görüşü keçirilib. Danışıqlar Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması və ziddiyyətlərin aradan qaldırılması cəhdləri fonunda baş tutub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva RF-İran-Türkiyə-Suriya dördtərəfli formatı çərçivəsində (10 may) Dəməşq və Ankara arasında münasibətlərin normallaşması üçün yol xəritəsi hazırlamağı təklif edib.
Ayşən
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































