"İlham qardaşım mənə dedi ki, işi bitirdik..." - ƏRDOĞAN
Bizi izləyin

Region

"İlham qardaşım mənə dedi ki, işi bitirdik..." - ƏRDOĞAN

"Antiterror tədbirlərini tamamladıqdan sonra mənə dedilər ki, 90-a yaxın vacib nöqtəni vurdular. 90 nöqtəni vurmaqları zatən bunların işini bitrdi".

Publika.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı Azərbaycan Ordusunun Qarbağda apardığı uğurlu lokal antiterror tədbirlərindən danışarkən deyib.

"Və dedilər ki, bütün texnikanı, avadanlıqları, sursatları, onu, bunu və s. verəcəksən. Verməyə başladılar. Qarşı tərəfdən önəmli yerlərdən geri çəkilmə sözünü də aldılar. Çəkilməyə də başladılar. Milli Müdafiə nazirimiz Yaşar Gülər azərbaycanlı həmkarı ilə danışıqlar apardı. Bu gün mən də İlham qardaşımla danışdım. O da həm BMT-də etdiyim çıxışa görə təşəkkür etdi, həm də "Yəqin ki, bir daha orada nəfəs ala bilməyəcəklər. Biz işi bitirdik. Heç bir problem yoxdur" dedi"", - Türkiyə lideri qeyd edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm