Köçəryanın köməkçisi həbs olundu
Bizi izləyin

Region

Köçəryanın köməkçisi həbs olundu

Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Levon Köçəryanın köməkçisi Artur Sukoyanın saxlanılması barədə qərar qəbul edilib.

Publika.az xəbər verir ki, bu barədə vəkillər Aleksandr Koçubayev və Erik Aleksanyan bəyanat veriblər.

Vəkillər qeyd ediblər ki, hadisədən sonra onlar və Sukoyan hüquq-mühafizə orqanlarına təfərrüatları təqdim etməyə çalışıblar, lakin onları dinləməkdən imtina ediblər.

“Bu gün öyrəndik ki, Sukoyanın həbsi ilə bağlı qərar var, yəni vətəndaşı dinləməyərək onu həbs etmək qərarına gəliblər”, - deyə vəkillər qeyd ediblər.

Onlar diqqəti bir gün əvvəl polisin jurnalistlərə qarşı zor tətbiq etməsinə, lakin heç bir işə başlanmamasına yönəldiblər. Media nümayəndələrinə qarşı zorakılıq halları ilə bağlı məlum olan digər hallar üzrə heç kim saxlanılmayıb.

Müdafiə tərəfi təkid edir ki, hadisə David Levonyanın jurnalist fəaliyyəti ilə bağlı olmayıb, mübahisə şəxsi xarakter daşıyır.

İstintaqın məlumatına görə, aprelin 30-da Milli Assambleyanın həyətində “Hayastan” fraksiyasının deputatı Levon Köçəryanın köməkçisi Artur Sukoyan “Civic.am”ın jurnalisti David Levonyanı vuraraq söyüb. Jurnalist yıxılıb, onun kamerası zədələnib.

Münaqişəyə səbəb iki gün əvvəl jurnalistin yaydığı video olub.

Bu fakt əsasında Ermənistan Cinayət Məcəlləsinin 237-ci maddəsinin 3-cü hissəsi ilə (zor tətbiq etməklə jurnalistin peşə fəaliyyətinə mane olma) cinayət işi başlanıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm