Region
Tehranda bütün dövlət qurumları bağlandı: Hücum başlayır, yoxsa...
Bu gün Tehranda və qonşu Əlborz vilayətində İranın bütün dövlət qurumları, bankları bağlanacaq.
Publika.az xəbər verir ki, bu elanı İran hökuməti “temperaturun əhəmiyyətli dərəcədə artması” ilə bağlı verib.
Bu haqda məlumat yayan Rusiya mətbuatı bildirib ki, bunun İranın HƏMAS-ın Tehrandakı siyasi bürosunun rəhbəri İsmayıl Həniyənin qətlinə görə İsraildən qisas planları ilə bağlı olub-olmadığı hələ aydın deyil.
Bundan əvvəl İranın Mülki Aviasiya Təşkilatı 7 və 8 avqust tarixlərində İranın qərbindəki pilotlara və aviasiya orqanlarına gözlənilən mərmi təhlükəsi haqqında xəbərdarlıq edən bildiriş də yayılmışdı.
Xatırladaq ki, mətbuatda yayılan xəbərlərə görə, İran Fələstinin HƏMAS hərəkatının Tehrandakı siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq yaxın günlərdə İsrailə zərbə endirmək üçün fəal şəkildə hazırlaşır.
Onların fikrincə, İran ötən həftənin əvvəlindən raket buraxılış qurğularını hərəkətə gətirir və hərbi təlimlər keçirir ki, bu da Tehranın yaxın günlərdə İsrailə cavab hücumu hazırladığını göstərə bilər.
Adəm Abbaslı
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VİDEO
-
Sosial07:17
Bu rayonlara qar yağacaq - PROQNOZ
-
Magazin106:46
“Bazar arvadından fərqlənməyən kişilərin…” - FOTO
-
Avropa04:44
Yeni hərbi yardım paketi - Almaniya Ukraynaya görün nələr verdi
-
MDB02:42
Gölün dibində quraşdırılan heykəl qalmaqala səbəb oldu
-
Yaxın Şərq00:30
Əsəd rejiminin ölüm saçan "şokolad"ları - ŞOK GÖRÜNTÜLƏR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Qərarlarınız sizə uğur gətirəcək