Tehran maskanı götürdü: Xalqımızın marağına bu cavab verir - Ermənistan, İran və Hindistan
Bizi izləyin

Region

Tehran maskanı götürdü: Xalqımızın marağına bu cavab verir - Ermənistan, İran və Hindistan

Ermənistan, İran və Hindistanın daxil olduğu nəqliyyat marşrutu üç ölkənin xalqlarının maraqlarına uyğundur.

Publika.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani jurnalistlərlə söhbətində “Sputnik Ermənistan”ın sualını cavablandırarkən deyib.

Daha əvvəl bildirilmişdi ki, Ermənistan, İran və Hindistan ticarət yolunu işə salacaq və bu məsələ ilə bağlı üçtərəfli görüş nəzərdə tutulub.

“Ermənistan, Hindistan və İran arasında yük daşımaları artıq davam edir”, - səfir bildirib.

Onun sözlərinə görə, Hindistan tərəfi bu marşrutda çox maraqlıdır.

Xatırladaq ki, bu marşrut körfəz ölkələrindən və Hindistandan Aİ və Aİİ ölkələrinə yüklərin daşınmasını nəzərdə tutur. Belə ki, Hindistanın Mumbay limanından yüklər Çabahar limanına (İranın cənub-şərqi), daha sonra quru yolu ilə Ermənistana (ya avtomobil və ya dəmir yolu ilə), oradan Gürcüstana, oradan isə Bolqarıstan və ya Yunanıstan və ya Rusiyaya (dəniz limanları və ya Verxniy Lars beynəlxalq keçid məntəqəsi vasitəsilə) çatdırıla bilər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm