Region
ABŞ göstəriş verdi: Amerikalı mütəxəssislər Ermənistanda araşdırma aparır - Məqsəd nədir?
Ermənistanda müasir nüvə enerjisi istehsalı mənbəyinin yaradılmasına yönəlmiş tədqiqatlar artıq başlayıb.
Publika.az xəbər verir ki, Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan “Armenpress”ə bildirib ki, hazırkı mərhələdə Ermənistanda yeni atom enerji bloklarının tikintisi prosesinin bir hissəsi kimi texniki-iqtisadi əsaslandırma işləri aparılır.
“ABŞ hökumətinin tapşırığı ilə və Ermənistan tərəfi ilə əməkdaşlıq çərçivəsində bu işi Amerikanın nüfuzlu şirkətlərindən biri həyata keçirir. Məqsəd amerikalı istehsalçıların təklif etdiyi kiçik modul stansiyalardan hansının Ermənistanın texnoloji ehtiyaclarına daha uyğun olduğunu öyrənməkdir. Tədqiqatların 2025-ci ilin yazından gec olmayaraq başa çatdırılması planlaşdırılır”, - Akop Vardanyan qeyd edib.
Nazir müavini Ermənistanın ABŞ-dan “123 Müqaviləsi”nə qoşulmasını və Amerikanın mülki nüvə texnologiyalarına çıxış əldə etməsini xahiş etməsi barədə məlumatı təsdiqləyib.
“Ermənistan tərəfinin müraciətinə ABŞ-ın daxili prosedurlarına uyğun olaraq baxılır. ABŞ-ın müxtəlif rəsmiləri bunu dəfələrlə bəyan edərək, bunun kifayət qədər əmək tutumlu proses olduğunu qeyd ediblər”, – Akop Vardanyan yekunlaşdırıb.
Tural
-
Hadisə01:41
Bakıda güclü yanğın başladı: partlayış səsləri eşidilir - FOTO/VİDEO
-
Hadisə01:11
Sumqayıt səmasında nə baş verir? - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: həmin məlumatı eşidəcəksiniz
-
Magazin119 Sentyabr 23:00
QALMAQAL BÖYÜYÜR: "Sən özün tutub sürünürsən" - VİDEO
-
Rəsmi xronika19 Sentyabr 21:10
Bu da “Aghdam City Hotel” - FOTO/YENİLƏNDİ
-
Magazin119 Sentyabr 20:48
Dilarə bu məşhur şəxsin nəslindən imiş... - VİDEO
-
MDB19 Sentyabr 20:36
Moskvadan Paşinyana SƏRT MESAJ: "Sağlam düşüncəyə və məntiqə ziddir"
-
Sosial19 Sentyabr 20:10
Ağdamda tikilən evlərin FOTOLARI