"Facebook"da profil fotosu Paşinyan olan erməni transseksual Türkiyəyə niyə gedib? - ŞOK İDDİA
Bizi izləyin

Region

"Facebook"da profil fotosu Paşinyan olan erməni transseksual Türkiyəyə niyə gedib? - ŞOK İDDİA

Dünən Ermənistanın ilk dəfə Miss Star İnternational transgender gözəllik müsabiqəsində iştirak edəcəyi və ölkəni transgender Diana Qzroyanın təmsil edəcəyi xəbəri yayıldı.

Publika.az xəbər verir ki, ildırım kimi yayılan bu şok xəbəri erməni ictimaiyyət həzm etməzdən əvvəl "Hraparak" transseksual Diananın "İnstaqram" səhifəsini araşdıraraq diqqətəlayiq faktlar tapıb.

Məlum olub ki, transgender icmasının nümayəndəsi rəfiqələri ilə Türkiyəyə, xüsusilə də İstanbul və kurort şəhəri olan Antalyata tez-tez səfər edir. Diana Qzroyanın səhifəsi Türkiyədən çəkilmiş video və fotolarla zəngindir. Diana 2018-ci ildən sonra sevgilisi Ella adlı transseksual və ad günü türk klubunda qeyd olunan transseksual Lilit Martirosyanla Türkiyədə işləməyə başlayıb.

Ermənistan mətbuatı yazır ki, bu faktları nəzərə alsaq, "Ermənistandakı transseksualların Türkiyədəki qüvvələr tərəfindən himayə olunduğu istisna edilmir".

Xatırladaq ki, Lilit Martirosyan 2019-cu il aprelin 5-də Ermənistan tarixində ilk dəfə olaraq Milli Assambleyanın tribunasına qalxaraq Ermənistanda işgəncələrə məruz qaldığı iddia edilən 283 transgender haqqında ürəkağrıdan çıxış edib. Yeri gəlmişkən, Miss Star International iştirakçısı Diananın "Facebook"da profil şəkli Ermənistanda bu qrupun yolunu açmış Nikol Paşinyanın fotosudur.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm