Pezeşkian özü açıqladı: Birinci müavinimi Ermənistana göndərirəm
Bizi izləyin

Region

Pezeşkian özü açıqladı: Birinci müavinimi Ermənistana göndərirəm

İran prezidentinin birinci müavini yaxın günlərdə Ermənistana səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Məsud Pezeşkian özü bildirib.

“Xarici işlər naziri və mən Nyu-Yorkda region və dünya rəsmiləri ilə görüşərkən, iqtisadiyyat naziri Özbəkistanda Asiya ölkələrinin nümayəndələri ilə də danışıqlar aparır. Yaxın günlərdə birinci müavin Pakistan və Ermənistana da səfər edəcək. Ümid edirik ki, bu məsləhətlər insanlara daha yaxşı həyat sürməyə kömək edəcək. On dördüncü hökumət Qərbdən Şərqə, Nyu Yorkdan Səmərqəndə qədər dünya ilə siyasi və iqtisadi diplomatiyaya can atır. Biz söz verdiyimiz kimi Şərq və Qərblə milli maraqlar əsasında qarşılıqlı fəaliyyət göstərəcəyik”, - İran prezidenti sosial şəbəkədəki mikrobloqunda yazıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm