Region
Ermənistan sürətlə silahlanır: Bu sistemdən daha 78 ədəd alınır
Ermənistan 78 ədəd ATAGS yedəkli artilleriya sisteminin alınması ilə bağlı Hindistanla danışıqlar aparır.
Publika.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Araşdırmaları Qanadı (IDRW) yazıb.
“Bu, əvvəllər Ermənistana təhvil verilmiş və ölkənin müxtəlif ərazilərində müstəsna imkanlar nümayiş etdirən ATAGS-in uğurlu fəaliyyətinin nəticəsidir.
Altı haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib.
Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqlədi, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar etdi”, - məlumatda deyilir.
“Ermənistan ordusunun artilleriya sistemini onun xüsusi tələblərinə uyğunlaşdırmaq üçün kiçik təkmilləşdirmələr təklif edəcəyi gözlənilir.
Əlavə 78 ATAGS bölməsi üçün perspektiv saziş Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığında daha bir mərhələdir. Əvvəllər Ermənistan “Pinaka” qurğuları və digər müdafiə silahları alıb”, - nəşr yekunlaşdırıb.
Tural
-
Nəqliyyat13:37Hava limanında həyəcanlı anlar: Təyyarənin enişdə təkəri partladı - FOTO
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı
-
Digər11:56Maşın zəvvarlara çırpıldı - 15 ölü 40 yaralı var
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...





































