"Crocus" terroru ilə əlaqəsi olan şəxsləri Türkiyədə 15 İL HƏBS GÖZLƏYİR
Bizi izləyin

Region

"Crocus" terroru ilə əlaqəsi olan şəxsləri Türkiyədə 15 İL HƏBS GÖZLƏYİR

Krasnoqorskdakı "Crocus City Hall" konsert zalında törədilən terror aktını törədənlərlə əlaqədə olmaqda təqsirləndirilən 5 nəfəri Türkiyədə 15 ilə qədər həbs gözləyir.

Publika.az xəbər verir ki, bunu Türkiyənin bir sıra KİV-lərinin istinad etdiyi İstanbul Baş Prokurorluğunun Terrorla Mübarizə İdarəsinin ittiham aktı sübut edir.

Mənbənin sözlərinə görə, söhbət Xəmzə Məhəmməd, Xofizjon Usmonov, Raxmatullo Salikov, Muhammadrahim Faizov və Muteullo Asoevdən gedir.

Türkiyənin “Star” nəşri xəbər verir ki, silahlı terror təşkilatında iştirak etdiklərinə görə onları 7,5 ildən 15 ilədək həbs cəzası gözləyir. Mənbənin sözlərinə görə, sadalanan şəxslər terror aktını törədənlər Rəcəbəlizoda Səidəkrami və Fəriduni Şəmsidinlə əlaqədə olublar. Hakimlər heyəti “İslam Dövləti” terror qruplaşmasına üzv olmaqda təqsirləndirilən beş nəfərin hamısına qarşı ittiham aktını geri qaytarıb.

Qeyd olunur ki, təqsirləndirilən şəxslər Türkiyədən İrana getmək istəyərkən saxlanılıblar. Onların bəzilərinin cinayəti törədənlərlə birlikdə yaşayıb köçdüyü, təqsirləndirilən şəxslərin digər yarısının isə terrorçularla yazışmaları və fotoşəkilləri olduğu məlum olub.

Nəşrin məlumatına görə, adları qeyd olunan şəxslərdən bəziləri "Crocus"da baş verən terror aktı ilə bağlı bir-birinə zəng ediblər. Bundan başqa, aşkarlanan yazışmalarda müəyyən məbləğ müqabilində terror aktı törətməyə dair razılaşma aşkar edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm