Region
Ərdoğan Trampla bu məsələləri müzakirə edib - Fidan AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla Ağ Evdə keçirilən görüşdə Ukraynadakı münaqişənin həlli istiqamətində atılacaq addımları müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib. Onun bu açıqlamasını Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb .
Diplomat qeyd edib ki, müzakirə Moskva ilə Kiyev arasında sülhə nail olmaq üçün Ankara və Vaşinqtonun ata biləcəyi birgə addımlar ətrafında aparılıb.
Diplomatın sözlərinə görə, siyasətçilər Suriya və Qəzza zolağı məsələsini də müzakirə ediblər və ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Fidan görüşü “konstruktiv və müsbət” adlandırıb.
Amerika və Türkiyə liderləri arasında danışıqlar sentyabrın 25-də Ağ Evdə baş tutub. Həmin gün Tramp Ərdoğanın Ukraynada atəşkəsə əhəmiyyətli təsir göstərə biləcəyinə əminliyini ifadə edib. Görüşdən sonra Türkiyə Prezidenti bəyan edib ki, Ankara münaqişənin həlli istiqamətində səylərini davam etdirmək niyyətindədir.
Hüseyn İbadlı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir


































.png)