Region
Əslən Qarabağdan olan tanınmış əcnəbi şair vəfat etdi
Azərbaycan haqqında çoxlu şeirin müəllifi, əslən Qarabağdan olan Türkiyənin tanınmış yazıçısı və şairi Yavuz Bülent Bakiler 89 yaşında vəfat edib.
Publika.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
"Türk ədəbiyyatının ən nüfuzlu yazarlarından biri, ziyalı, dünyamızın sayılıb-seçilən simalarından biri olan Yavuz Bülent Bakilerin vəfatını dərin hüznlə öyrəndik. Şeirləri, yazıları, ideyaları ilə təkcə ədəbi aləmdə deyil, xalqımızın mədəni və ziyalı həyatında da dərin iz qoymuş Bakilər türk dünyasının yaddaşında əbədi yaşayacaqdır. Ölkəmizə gətirdiyi dəyərlərə ehtiramla yad edəcəyimiz mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, əzizlərinə, bütün ədəbi dünyasına başsağlığı veririk", - məlumatda qeyd olunub.
Türkiyənin keçmiş səhiyyə naziri Fəxrəddin Koca isə "X" hesabındakı paylaşımında onun Azərbaycan haqqındakı unudulmaz şeirlərin müəllifi olduğunu diqqətə çatdırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da mərhumun ailəsinə başsağlığı verib. O, bu barədə "X"də paylaşım edib.
"Ədəbiyyatımıza saysız-hesabsız gözəl şeirlər, xatirələr, səyahətnamələr, tərcümeyi-hallar, bənzərsiz epistolyar əsərlər bəxş edən Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatı laureatı Yavuz Bülent Bakilerin vəfatından dərin hüznlə kədərlənirəm. Allahdan Bakilerə rəhmət diləyir, ailəsinə, dostlarına və ədəbi ictimaiyyətə başsağlığı verirəm. Allah rəhmət eləsin məkanı cənnət olsun", - o bildirib.
Qeyd edək ki, Y.B.Bakiler "Qarabağ həsrəti", "Azərbaycan ürəyimdə bir şah damardır", "Azərbaycan" kimi şeirlərin müəllifidir. Xatırladaq ki, şairin babaları Qarabağdan Sivasa köçüb.
-
Elm və təhsil23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin123:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO

































.jpg)


