Region
Paşinyanın partiyasında qarşıdurma: Sarkisyan Simonyandan əl çəkmir
Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Hayk Sarkisyan yenidən parlamentin spikeri Alen Simonyanı bukmeker şirkətləri ilə əlaqədə olmaqda ittiham edib.
Publika.az xəbər verir ki, o, bu barədə parlamentdə jurnalistlərə bildirib.
Hər iki siyasətçi əvvəllər partiyaya qarşılıqlı şikayət ərizəsi ilə intizam icraatının açılmasını tələb etmişdi. Simonyanın şikayəti təmin edilib, Sarkisyanın şikayəti isə rədd edilib.
Sarkisyan xatırladıb ki, martın 4-də o, Vergi Məcəlləsinə bukmeker kontorlarının vergilərinin artırılmasını nəzərdə tutan əlavələr edib. Elə həmin gün Simonyan ondan şikayət edib.
"Mən burada birbaşa əlaqə görürəm. Bundan başqa, mənim düzəlişlərimə 24 saat ərzində baxılmalı idi, lakin onlar növbəti günə qədər qəbul edilmədi", - Sarkisyan qeyd edib.
O əlavə edib ki, onun Simonyana qarşı şikayətinə yalnız bir neçə ay sonra, sentyabrda baxılıb. Üstəlik, deputatın sözlərinə görə, partiyanın iddialarının əksinə olaraq, müzakirələrə dəvət almayıb və bu barədə artıq Mülki Müqavilənin rəhbərliyinə məlumat verib.
Sarkisyan partiyadan xaric olunma ehtimalına münasibət bildirərkən deyib: "Mən bunu müzakirə etmək istəmirəm. Belə söhbətləri absurd hesab edirəm".
Tural
-
Elm və təhsil23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin123:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO

































.jpg)


