Region
Anna Akopyan Ərdoğanın kitabını oxuyub bitirdi: Təəssüratı belədir
“Mən Rəcəb Tayyib Ərdoğanın kitabını oxuyub bitirdim”.
Publika.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan “Facebook”da yazdı.
"Mən onu akademik kitablarımla yanaşı oxudum, ona görə də bir az vaxt apardı. Əminəm ki, Ermənistandakı mütəxəssislər onu nəşrdən dərhal sonra oxuyacaqlar və maraqları beynəlxalq münasibətlərə dair kitablardan kənara çıxan, lakin qonşu ölkənin prezidentinin nə yazdığını bilmək istəyənlər üçün deyərdim:
Kitab BMT-nin strukturunun dəyişdirilməsinə, Təhlükəsizlik Şurasının daimi üzvlərinin hüquqlarına yenidən baxılmasına və təşkilatı müasir çağırışlara cavab vermək üçün real alətlərlə təmin etməyə həsr olunub.
Müəllifin fikrincə, dünya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün nəzarəti altında qala bilməz: “Dünya beşdən böyükdür”.
Kitabda dünyada 820 milyon insanın aclıq şəraitində yaşaması, 260 milyon miqrant, 80 milyondan çox məcburi köçkün və 25 milyona yaxın qaçqın kimi bəşəriyyətin durumu ilə bağlı məlumatlar da öz əksini tapıb”, - Akopyan yazıb.
Tural
-
Dünya22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi




































.jpg)


