Fidan Ukraynada sülhə əngəl olan əsas məsələni AÇIQLADI
Bizi izləyin

Region

Fidan Ukraynada sülhə əngəl olan əsas məsələni AÇIQLADI

"Ukrayna münaqişəsinin siyasi yolla həlli perspektivi növbəti bir neçə ay ərzində ortaya çıxa bilər".

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber" telekanalına verdiyi müsahibədə bildirib.

Diplomat qeyd edib ki, hazırda əsas problem Donetsk Xalq Respublikasına nəzarət məsələsidir:

"İndi görünən odur ki, yəni burada amerikalılarla da danışdığımız zaman ortaya çıxan fikir budur. Bu mövzu bir neçə ay daha davam etdikdən sonra müəyyən bir açılımın mümkün ola biləcəyi ehtimalı var. Çünki artıq problemin nə olduğu və harada cəmləndiyi aydındır. Donetskdə Rusiyanın ala bilmədiyi 25–30%-lik bir hissə var. Sual budur: bu bölgənin taleyi necə olacaq?

Ruslar bu ərazini almaq istəyirlər. Ukraynalılar isə deyirlər: “Bu bölgə bizim ərazi bütövlüyümüz baxımından çox vacibdir. Müharibə etmədən buranı vermək şansımız yoxdur”

Ruslar isə bildirirlər: “Biz müharibəyə davam edərik, qiyməti nə olursa olsun. Buranı aldıqdan sonra digər bölgələrə də gedəcəyik. Ona görə də başqa yerləri itirməmək üçün bu ərazini verin”

Ukraynalılar cavab verirlər: “Xeyr, biz bu bölgəni versək, artıq hərbi baxımdan digər əraziləri itirməyin yolu açılmış olur”

Yəni hər iki tərəfin öz arqumentləri var. Bu arqumentləri ortaq nöqtədə birləşdirmək lazımdır. Mən həm Avropalı, həm də Amerikalı aktorlarla danışarkən zehnimdə bu arqumentləri birləşdirəcək alternativ həll yollarını düşünürəm. Amma bu variantlar çox detallıdır, bölgəyə xasdır və hazırkı kontekstdə narahatlıq yarada bilər".

Ukrayna oradan hərbi kontingentlərini çıxarmır, Rusiya Federasiyası isə həmin bölgə üzərində tam suverenliyin təmin olunmasında israr edir".

Nazir vurğulayıb ki, münaqişənin hər iki tərəfinin öz arqumentləri var və bu mövqelər dərindən müqayisə olunmalıdır.

O, həmçinin Avropa və ABŞ tərəfdaşları ilə daha əvvəl müzakirə olunmuş alternativ ssenarilərdən də bəhs edib. Bu variantlar Moskva ilə Kiyev arasında mövqelərin yaxınlaşması üçün əsas ola bilərdi.

Lakin Türkiyənin XİN rəhbəri həmin təkliflərin çox spesifik və hazırkı kontekstdə provokativ ola biləcəyini əsas gətirərək ətraflı məlumat verməkdən çəkinib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm