Region
İran xarici ölkələrin səfirlərini çağırıb xəbərdarlıq etdi: Cavabdeh olmalısınız
Tehrandakı səfirlər və Avropa missiyalarının rəhbərləri Avropa İttifaqının Fars körfəzinə müdaxiləçi mövqeyinə etiraz olaraq İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə “Mehr” nəşri məlumat yayıb.
Məlumata görə, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Aİ xarici işlər nazirlərinin BƏƏ-nin əsassız ərazi iddialarına dəstəyə görə İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt Rəvançi Avropa səfirlərini çağıraraq İranın kəskin etirazını bildirib. Qeyd edək ki, söhbət İranın Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarına, eləcə də İranın müdafiə və nüvə proqramına dair bəyanatlardan gedir.
“Taxt Rəvançi İranın Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları üzərində mütləq və daimi suverenliyini bir daha təsdiqləyib və Aİ-nin KƏŞ üzvü olan dövlətin əsassız iddialarını dəstəkləməsini pisləyib.
Aİ-nin İranın raket proqramı ilə bağlı şərhlərini İranın daxili işlərinə açıq-aşkar müdaxilə adlandıran Taxt Rəvançi ölkənin öz müdafiə qabiliyyətinin, o cümlədən raket gücünün özünümüdafiənin ayrılmaz bir hissəsi olduğunu vurğulayaraq, bunun regional sabitlik və təhlükəsizliyin mənbəyi olduğunu vurğulayıb.
İranlı diplomat belə qənaətə gəlib ki, Aİ İranın nüvə proqramı ilə bağlı əsassız və siyasi motivli iddiaları təkrarlamaqdansa, dağıdıcı davranışına görə cavabdeh olmalıdır.
Adəm
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi




































.jpg)


