Region
Həbsxana rəisi ölü tapıldı: İvanişvili ilə bağlı qalmaqala görə işdən çıxarılmışdı
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurucusu, milyarder Bidzina İvanişvilinin keçmiş müşaviri, məhkum maliyyəçi Georgi Baçiaşvilinin döyülməsi ilə bağlı qalmaqal fonunda işdən çıxarılan Qldani həbsxanasının keçmiş direktoru David Qoqoberişvili Tbilisidə ölü tapılıb.
Publika.az xəbər verir ki, bu barədə “Novosti-Qruziya” məlumat verib.
KİV-in məlumatına görə, Qoqoberişvili güllə yarası ilə öz evinin qarajında tapılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi hadisəni təsdiqləyib. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (115-ci) maddəsi ilə araşdırma başlanılıb.
Qoqoberişvili və müavini bu ilin avqustunda istefa verib. O zaman Ədliyyə Nazirliyi Baçiaşvilinin iyunun 11-də həbsxanada döyülməsinin səhnələşdirildiyini irəli sürmüşdü: guya maliyyəçi bir neçə həbsxana işçisi və məhbusla əlbir olaraq öz döyülməsini səhnələşdirib.
Mart ayında Baçiaşvili İvanişvilinin kriptovalyuta investisiyalarından 1 milyard dollara qədər mənimsəməkdə ittiham olunaraq qiyabi olaraq 11 il həbs cəzasına məhkum edilib. O, gizli şəkildə ölkədən qaçıb, lakin səlahiyyətlilər onun may ayında Gürcüstan sərhədində saxlanıldığını iddia edirlər. Baçiaşvili təkid edir ki, o, BƏƏ-də oğurlanıb və zorla Tbilisiyə gətirilib.
O, ittihamları rədd edir və getdikcə Rusiyaya yaxınlaşan “Gürcü Arzusu” partiyasını tənqid etdiyinə görə siyasi təqibin qurbanı olduğunu iddia edir.
Tural
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi




































.jpg)


