Region
Türkiyədə "FETÖ ƏMƏLİYYATI": 286 nəfər saxlanıldı
Son bir ay ərzində Türkiyənin 50 vilayətində “Paralel Dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 286 nəfər saxlanılıb. Onlardan 154 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Publika.az xəbər verir ki, bu barədə oktyabrın 21-də Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, əməliyyatlar Ankara, İstanbul və İzmir kimi böyük şəhərləri də əhatə edib. Həbs olunan şəxslər qadağan olunmuş təşkilatlarla əlaqədə olmaqda, cinayət şəbəkələrini maliyyələşdirməkdə və FETÖ terrorçularının istifadə etdiyi “ByLock” adlı şifrəli mesajlaşma proqramından yararlanmaqda ittiham olunurlar.
Daxili İşlər Nazirliyi polisin antiterror bölmələrinin əməkdaşlarına cinayətlə mübarizədə uğurlu fəaliyyətlərinə görə təşəkkürünü bildirib.
-
Magazin221:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin218:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO
-
Yaxın Şərq17:40Laricaninin dəhşətli ölümü: Yalnız əli tapılıbmış
-
Ekologiya17:07Zümürxan gölü zibilliyə çevrildi - Fotolar
-
Nida Xəbər 16:36Azərbaycanın QHT nümayəndələri Nyu-York merinə etiraz etdilər





































