Region
İsraildə gərginlik: Netanyahu onu qovdu - Həyat yoldaşı da narazı imiş

İsrailin baş naziri Binyamin Netanyahu milli təhlükəsizlik müşaviri Tzahi Haneqbini vəzifəsindən azad edib.
Publika.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Bildirilir ki, 1990-cı illərdən bəri “Likud” partiyasının uzun müddətdir yüksək vəzifəli üzvü və nazir olan Haneqbi Netanyahunun bu yay Qəzzə şəhərini işğal etmək planına, eləcə də ötən ay Qətərdə HƏMAS liderlərinə qarşı uğursuz hücuma qarşı çıxıb.
Haneqbinin müavini vəzifəsində çalışmış Qil Rayx Milli Təhlükəsizlik Şurasının rəhbəri və milli təhlükəsizlik müşaviri vəzifəsini icra edəcək.
Reyx İsrail Atom Enerjisi Komissiyasının direktor müavini vəzifəsində çalışıb.
Netanyahu bəyanat yayaraq Haneqbiyə xidmətinə görə təşəkkür edib və ona "gələcək fəaliyyətlərində böyük uğurlar və cansağlığı" arzulayıb.
Haneqbi açıqlamasında Netanyahu ilə fikir ayrılıqlarını etiraf edib.
“Mən Baş nazirə çətin illərdə İsrailin xarici və təhlükəsizlik siyasətinin formalaşdırılmasında tərəfdaş olmaq imtiyazına - çətin müzakirələrdə müstəqil mövqe ifadə etmək imkanına və hətta fikir ayrılığı zamanı da davam etdirdiyimiz peşəkar dialoqa görə təşəkkür etdim”, - Haneqbi deyib.
O, 2023-cü il oktyabrın 7-də başlayan və bu yaxınlarda atəşkəs razılaşmasının qüvvəyə mindiyi müharibənin "hələ bitmədiyi" barədə xəbərdarlıq edib:
“Döyüşçülərimiz bir çox cəbhələrdə sayıq qalırlar və bütün girovlarımızı evə gətirmək missiyası hələ tamamlanmayıb. Həmçinin, diplomatik və ya hərbi vasitələrlə Qəzza zolağındakı terror təşkilatlarının hakimiyyətdən uzaqlaşdırılmasını, onların tərksilah edilməsini və Qəzzanın İsrail üçün artıq təhlükə yaratmamasını təmin etmək öhdəliyi hələ də yerinə yetirilməyib".
Haneqbi "7 oktyabrın dəhşətli uğursuzluğuna" görə öz məsuliyyətini etiraf edib və uzun müddətdir bu məsələ ilə bağlı hökumətin araşdırma komissiyasının yaradılmasına qarşı çıxan baş nazirə açıq bir mesajda "lazımi dərsləri çıxarmaq və sarsılmış ictimai etimadın bərpasına kömək etmək üçün hərtərəfli araşdırılmalıdır" deyib.
Netanyahunun tərəfdaşları “Kan” televiziyasına bildiriblər ki, Haneqbi mətbuata məlumat sızdırıb və baş nazirin nüfuzunu sarsıdıb. Onlar həmçinin uzun müddət yüksək səviyyəli təyinatlarda yaxından iştirak etdiyi barədə xəbərlər yayılan baş nazirin həyat yoldaşı Sara Netanyahunun da Haneqbinin fəaliyyətindən narazı olduğunu bildiriblər.
Tural
-
Köşə13:06
Abubakarın “Neftçi”yə transferində Adnan Əhmədzadə izi
-
Rəsmi xronika12:58
İlham Əliyev fərman imzaladı
-
Dünya12:40
Türkiyənin yeni pilotsuz təyyarəsi F-35-ləri təhdid edir - İsraildən etiraf
-
İdman12:07
Məktəb direktorunun möcüzəsi: Balıqçılar kəndinin nağıl dolu çempionluq hekayəsi
-
Rəsmi xronika12:02
İlham Əliyev sərəncam imzaladı
-
Sağlamlıq11:21
Bu uşaq pudrası xərçəng yaradır: Minlərlə insan...
-
Elm və təhsil10:48
NASA alimləri dəqiq hesablama apardılar: Yerdəki həyat bu tarixdə bitəcək
-
İdman09:28
Türk jurnalistdən Qurban Qurbanova jest: Elə bir VİDEO hazırladı ki...