Region
Ermənistanda Ağrı dağından reklam kimi istifadə olunması qadağan edilir: Nə baş verəcək?

Ermənistan parlamentində “Əmlak fəaliyyəti haqqında” qanun layihəsi müzakitrəyə çıxarılıb.
Publika.az xəbər verir ki, qanun layihəsi ekspertlər tərəfindən birmənalı qiymətləndirilimir.
“Qanun Ağrı dağına mənzərəsi olan evlərin reklamını qadağan edərsə, bu, qiymətlərin aşağı düşməsinə səbəb olacaq”.
Bunu Ermənistan Əmlak Agentlikləri Assosiasiyasının İdarə Heyətinin üzvü Andranik Arutyunov daşınmaz əmlak bazarını tənzimləməyə yönəlmiş yeni qanun layihəsini şərh edərkən “Sputnik Ermənistan”a bildirib.
“Əmlak fəaliyyəti haqqında” qanun layihəsində daşınmaz əmlak reklamlarının məzmununun tənzimlənməsi təklif edilir. Qəbul edilərsə, Ağrı dağının mənzərəsinin daşınmaz əmlak reklamlarında satış nöqtəsi kimi qeyd edilməsinə icazə verilməyəcəyi güman edilir, çünki aydın və konkret təsvirləri olan xüsusi bir reklam formatı qurulacaq. Bununla belə, bu tənzimləmə sənayedə çalışanlar üçün tamamilə qaneedici deyil.
Onlar müəyyən formatı və ya terminologiyanı müəyyən edirlər ki, onu keçmək mümkün deyil. Amma hər əmlak standart formatda təqdim oluna bilməz, məsələn, döşəmənin, divarın və s. hansı materialla örtülməsi.
Satıcılar hər bir vəziyyətə uyğun olan öz marketinq strategiyalarını seçməlidirlər", - Ermənistan Əmlak Agentlikləri Assosiasiyasının İdarə Heyətinin üzvü deyib.
Ekspert inkar etmir ki, reklamlarda həm təsadüfi, həm də qəsdən qeyri-dəqiqlik ola bilər. Buna görə də o, tənzimləyici orqanın istifadəçilərə xəbərdarlıq etməsini və səhvi düzəltmək üçün konkret müddət təqdim etməyi təklif edir. Yalnız bu müddətdən sonra cərimələr tətbiq edilməlidir.
Qanun layihəsində xüsusilə alqı-satqı obyekti olan daşınmaz əmlakın vahid məlumat bazasının yaradılması nəzərdə tutulur. Bu, qanun layihəsinin müəlliflərinin fikrincə, daşınmaz əmlakın satışı ilə bağlı internet saytlarında etibarlı məlumatların dərcini təmin etməklə əməliyyatlara nəzarət etməyə imkan verəcək.
“Ermənistan Əmlak Agentlikləri Assosiasiyası həm qanunun müəllifi olan parlamentarilərə, həm də Kadastr Komitəsinin sədrinə bir sıra təkliflər təqdim edib. Bəzi düzəlişlər qanun layihəsinin hazırlanması mərhələsində edilib, digərlərinin isə birinci və ikinci oxunuşlar arasında yenidən baxılma prosesində nəzərə alınacağı vəd edilib.
Hazırda sənaye nümayəndələri üçün vəziyyət yumşaq desək, qənaətbəxş deyil. Qanun layihəsinin nə dərəcədə məqbul səviyyədə yekunlaşacağını zaman göstərəcək”, - ekspert bildirib.
Tural
-
İdman13:43
Məşhur futbolçunun xoşbəxt etdiyi rus gözəl - FOTOLAR
-
Sosial13:26
DİN-ə yeni səlahiyyət verildi
-
MDB12:42
Rusiyada güclü partlayış: Ölü sayı artdı, matəm elan edildi - Video/Yeniləndi
-
İdman11:55
Elvin Cəfərquliyev Qurban Qurbanovu özündən çıxardı: Belə reaksiya görməmişdiz - VİDEO
-
Sosial11:52
Azərbaycanda pensiya məbləği artırılır - Bu qədər olacaq
-
Avropa10:44
Restoranlardan 1100-dən çox stul oğurlayan dəstə saxlanıldı: Görün harada satıblar
-
Tarix10:26
Türkləri uludan da ulu edəcək KƏŞF: Tarix yenidən YAZILA BİLƏR
-
Region10:08
Ermənistanda Ağrı dağından reklam kimi istifadə olunması qadağan edilir: Nə baş verəcək?