Region
Ermənistanda yoxsulluğun səviyyəsi azalmır: Paşinyan səbəbini göstərdi - Məktəblər
Ermənistanda yoxsulluq təxminən 23% olaraq qalır və bu rəqəm son illər əhəmiyyətli dərəcədə azalmayıb.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin maliyyə, kredit və büdcə məsələləri komitəsinin təşkil etdiyi 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
"Yüksək iqtisadi artım templərinə baxmayaraq, ölkəmizdə yoxsulluq ciddi şəkildə azalmayıb. Mən belə qənaətə gəldim ki, səbəb dağılan məktəblərimizdir", - Ermənistan hökumətinin başçısı bildirib.
Onun sözlərinə görə, onilliklər ərzində Ermənistanda adekvat məktəb və universitet təhsili yox idi. Baş nazirin nöqteyi-nəzərindən məktəblər əsas bilikləri təmin edə bilmədilər və universitetlər korrupsiya və siyasi təzyiq alətinə çevrildi.
Məhz buna görə Ermənistanda bir çox müəssisələr, o cümlədən yüksək maaşlı sənayelərdə işçi tapmaqda çətinlik çəkirlər. Paşinyan hesab edir ki, bu işləri yerinə yetirməli olan insanlar lazımi səviyyədə təhsil almayıblar.
O vurğulayıb ki, məhz buna görə “Akademqorodok” və məktəblərin tikintisi kimi layihələr davam etdiriləcək.
“300 məktəb və 500 uşaq bağçası” göstəricisinə çatdıqdan sonra məktəb sistemini az-çox normal səviyyədə hesab etmək üçün bunu ən azı üç dəfə təkrarlamaq lazımdır”, - deyə baş nazir yekunlaşdırıb.
Tural
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO



































.jpg)


