Region
Tbilisi İrəvandakı tədbirdən İMTİNA ETDİ: Məktub yazıb səbəbini açıqladılar
Gürcüstan Avronest Parlament Assambleyasının oktyabrın 28-30-da İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirakdan imtina edib.
Publika.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Parlamentin Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili imtina ilə bağlı səbəbləri Avronest rəhbərliyinə açıq məktub yazaraq izah edib.
İmtina məktubunda səbəblər belə izah olunub:
1. Bəzi deputatların düşmənçilik ritorikası və onların Tbilisidə keçirilən etiraz aksiyalarında iştirakı qarşılıqlı hörmət prinsiplərinə ziddir və parlament diplomatiyası çərçivəsindən kənara çıxır;
2. Avropa Parlamentinin Avronest PA-dakı nümayəndə heyətinin bəzi üzvləri ölkəmizdə vətəndaş iğtişaşlarını, radikallaşmanı və zorakılığı qızışdıran bəyanatlar veriblər, qətnamə və hesabatlarda isə gürcü xalqının demokratik şəkildə ifadə edilmiş iradəsinə məhəl qoyulmur;
3. Seçkilərin qeyri-legitim kimi tanınmasına, demokratik təsisatların sarsıdılmasına və Gürcüstanda son zamanlar hökumətin devrilməsi cəhdinə dəstək vermələrinə baxmayaraq, ayrı-ayrı şəxslərin “vətəndaş cəmiyyəti” adı altında plenar iclasa dəvət edilməsi qərarından dərin narahatıq;
4. Bu şəxslər üçün platforma təqdim etməklə, Avronest antidemokratik davranışları təşviq edir və zorakı və ya radikal siyasi proqramlara haqq qazandırır.
Adəm
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO



































.jpg)


