Region
Türkiyə ilə Böyük Britaniya "Eurofighter" qırıcıları ilə bağlı saziş imzaladı
Türkiyə və Böyük Britaniya "Eurofighter Typhoon" qırıcı təyyarələrinin tədarükünə dair saziş imzalayıb.
Publika.az xəbər verir ki, sazişi Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanin Baş naziri Kir Starmer imzalayıb.
Ərdoğan Starmerlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə və Böyük Britaniya iki yaxın müttəfiqdir və buna görə də o, imzalanan müqavilələri ölkələr arasında strateji münasibətlərin yeni simvolu kimi qiymətləndirir.
Türkiyə Böyük Britaniyadan 44 ədəd "Eurofighter Typhoon" qırıcı təyyarəsi alacaq. Sənəd Türkiyə silahlı qüvvələrinin döyüş hazırlığını və NATO-nun "əsas bölgədə" mövqeyini gücləndirməyi hədəfləyir. Bundan əlavə, saziş ittifaq ölkələrinin hava qüvvələrinin qarşılıqlı fəaliyyət qabiliyyətini artırmağı hədəfləyir. Döyüş təyyarələrinin çatdırılmasına 2030-cu ildə başlamaq planlaşdırılır.
Qeyd edək ki, oktyabrın 27-də Türkiyə və Böyük Britaniya nümayəndə heyətləri arasında Ankarada görüş baş tutub.
Ləman
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO



































.jpg)


