Binəli Yıldırım İlham Əliyevə təşəkkür məktubu göndərdi
Bizi izləyin

Rəsmi xronika

Binəli Yıldırım İlham Əliyevə təşəkkür məktubu göndərdi

Binəli Yıldırım İlham Əliyevə təşəkkür məktubu göndərdi.

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, əziz Qardaşım.

Ad günüm münasibətilə göndərdiyiniz səmimi təbrik məktubunuza və gözəl arzularınıza görə Sizə ürəkdən təşəkkür edirəm.

Strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən əməkdaşlığımız qardaşlıq əlaqələrimizi möhkəmləndirməkdə, ikitərəfli münasibətlərimizlə birlikdə regional rifah və sabitliyə öz töhfəsini verməkdədir. Əlaqələrimizin qarşıdakı dövrdə də bütün sahələrdə daha da inkişaf edəcəyinə ürəkdən inanır, bunun üçün əlimdən gələn bütün səyləri göstərməyə davam edəcəyimi diqqətinizə çatdırmaq istəyirəm.

Fürsətdən istifadə edərək, dekabrın 24-nə təsadüf edən doğum gününüzü ən səmimi hisslərlə təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycanın rifahı üçün gördüyünüz işlərdə müvəffəqiyyətlər arzulayıram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm