• USD 1,7000 0,00% EUR 2,0018 +0,07%
    • GBP 2,2239 +0,82% RUB 0,0233 -0,43%

Generallar Hava Limanında xidmətin təşkilini yoxladı

Generallar Hava Limanında xidmətin təşkilini yoxladı

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri gömrük xidməti general-polkovniki Aydın Əliyev tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmətin təşkili yoxlanılıb.

DSX-nin mətbuat mərkəzindən Publika.az-a verilən məlumata görə, ölkədə keçirilməsi nəzərdə tutulan beynəlxalq irimiqyaslı tədbirlər, o cümlədən “IV İslam Həmrəyliyi Oyunları”və “Formula I” yarışları ərəfə­sin­də, həmçinin“Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti müsbət dəyərləndirilib, birgə fəaliyyətin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərə­cədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin güc­ləndirilməsi ilə yanaşı, dövlət sərhə­din­dən keçən şəxslər, nəqliyyat vasi­tələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tövsiyələr və konkret tapşırıqlar verilib.

Gələcəkdə bu kimi tədbirlərin digər dövlət sərhədindən buraxılış məntə­qələrində də keçirilməsi nəzərdə tutulub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR