Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi

Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yama təbrik məktubu göndərib.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim sülh və firavanlıq diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm