Rəsmi xronika
Ərdoğan Bakıya gəlir - Səfər proqramı açıqlandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Publika.az xəbər verir ki, R.T.Ərdoğan 30-31 oktyabr tarixlərində baş tutacaq səfərdə prezident İlham Əliyevlə görüşəcək.
Tərəflər Yüksək Səviyyəli Strateji İşbirliyi Şurasının 6-cı toplantısı çərçivəsində bir araya gələcək.
Ərdoğan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin oktyabrın 30-da başlanacaq qatar səfərlərinin açılış mərasiminə qatılacaq. Mərasimdə Gürcüstanın baş naziri Corci Kvirikaşvili də iştirak edəcək.
Bir neçə nazirin də qatılacağı toplantıda və görüşlərdə qarşılıqlı əməkdaşılığın bütün detalları müzakirə ediləcək.
Bununla yanaşı tərəflər arasında Dağlıq Qarabağ problemi başda olmaqla, regional və beynəlxalq münaqişələr müzakirə ediləcək.
Toplantı çərçivəsində iki ölkə arasında müxtəlif işbirliyi sahələrini əhatə edən sənədlər imzalanacaq.
Türkiyə prezidentinin Azərbaycana ziyarəti iki ölkə arasındakı diplomatik münasibətlərin yaranmasının 25-ci ilinə təsadüf etməsi baxımından da əhəmiyyətli hesab edilir.
Zümrüd
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü