Rəsmi xronika
İlham Əliyev çinli həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Çin Xalq Respublikasının Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz tarixi ənənələrə malik Azərbaycan-Çin əlaqələrinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu mənada dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Daim artan siyasi təmaslarımız iqtisadi, humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur. Bizi həm də regionumuz üçün böyük əhəmiyyət daşıyan perspektivli infrastruktur layihələrinin gerçəkləşdirilməsində tərəfdaşlıq münasibətləri birləşdirir.
İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, ikitərəfli qaydada, eləcə də beynəlxalq və regional formatda qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ