Rəsmi xronika
Prezident: "Cinayətkarlar və onların arxasında dayananlar məkrli niyyətlərinə çata bilməyəcək"
“İyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət aktları dövlətçiliyə qarşı törədilmiş cinayətlərdir”.
Bu sözləri prezident İlham Əliyevhüquq-mühafizə orqanları
rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bildirib.
Dövlət başçısı xatırladıb ki, iki polis əməkdaşı şəhid olub, Gəncə
şəhər İcra Hakimiyyətinin başçısı isə yaralanıb: “Bu cinayəti
törədən cinayətkar qrup Azərbaycanda sabitliyi pozmaq istəyir.
Cəmiyyətimizi qorxutmaq üçün bu qanlı terror aktları törədilib. Bu
terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə islam
dininə qarşı ən böyük cinayətdir. İslam sülh, mərhəmət dinidir.
Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən
ölkələrdən biridir. Keçən il Azərbaycanda islam həmrəyliyi ili elan
edilib”.
Prezident qeyd edib ki, Azərbaycanda dövlət vəsaiti hesabına tarixi, dini abidələr bərpa olunub. Onun sözlərinə görə, bu cinayətkarlar müsəlman deyillər: “Bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Bütün Azərbaycan xalqı bu qanlı cinayəti birmənalı olaraq pislədi, bu cinayəti törədənlərə öz nifrətini ifadə etdi. Azərbaycan dövləti də öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib. Bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub”.
-
Nida Xəbər 12:37“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Müəllimlər üçün yenilik
-
Sosial12:05Azərbaycanlı tələbələr bu ölkəyə buraxılmadı - RƏSMİ
-
Sosial11:30Polad Bülbüloğluya qarşı şok ittiham: Ramiz Mehdiyev ilə...
-
Region10:42Paşinyan qəzəbləndi, zalı tərk etdi: Bu gün Ermənistan parlamentində nə baş verib?
-
Ekologiya10:36Dünya buz dövrünün astanasında: Vaxt daralır, millətin mövcudluğu təhlükə altındadır
-
Sosial09:36Rusiya və Gürcüstanda 5, bizdə 10 faiz - Deputat bu verginin azaldılmasını təklif edir
-
MDB09:12Qonşuda avtomobillər rekord həddə bahalaşdı: Səbəbi bəllidir
-
Region08:10Türkiyədə ard-arda 3 güclü zəlzələ baş verdi





















.png)







.jpg)





.jpg)



