Rəsmi xronika
Bu şəxslər 1500 manatadək cərimə olunacaqlar - TƏSDİQLƏNDİ
Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılıb.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Belə ki, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə 800 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək.
Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
-
Nida Xəbər 15:24
Saakaşvili türmədən açıqlama verdi: "Əliyev Rusiyanın barbarlığını ifşa etdi"
-
Hadisə14:48
Bakıda polis bölməsinə çırpılan maşında Kəmalə Günəşlinin qızı olub - ŞOK VİDEO
-
Nida Xəbər 14:08
Rusiyadan Qarabağla bağlı geri addım: İmtina edildi
-
Qoroskop12:00
2025 onların ilidir - Bu bürclər tezliklə EVLƏNƏCƏKLƏR
-
Magazin210:48
Ümrə ziyarətinə gedən "Polat Alemdar" tanınmaz halda - FOTO
-
Avropa10:12
Zelenskidən Rusiya ilə bağlı ÇAĞIRIŞ: Moskvanı buna məcbur edin!
-
Hadisə09:48
Sabirabadda baş verən dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO
-
Magazin109:24
Günayın bordo tərzi - FOTO